Braziliya Ciu Citsu Klubu İctimai Birliyi

Braziliya Ciu Citsu Klubu İctimai Birliyi – Braziliya Ciu Citsu özünümüdafiə sənətinin Azərbaycanda təbliğini və inkişafını təşkil etmək üçün ölkə ərazisində yaradılan ilk ictimai təşkilatdır. Azərbaycanda “Braziliya Ciu Citsu” idman növünün əsası 2008-ci ildə Braziliya Ciu Citsu üzrə professor Həsənov Taleh Məmməd oğlu tərəfindən qoyulmuşdur. “Braziliya Ciu Citsu Klubu” İctimai Birliyi 07.08.2012-ci il tarixində fiziki şəxslər Taleh Həsənov və Vüsal Həsənov tərəfindən təsis edilmişdir. Azərbaycan Respublikası İdman və Gənclər Nazirliyinin razılıq məktubu əsasında, 22.09.2012-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyidə dövlət qeydiyyatına alınmışdır. İctimai Birlik fəaliyyətini Azərbaycan Respublikası qeyri-hökumət təşkilatları haqqında (ictimai birliklər və fondlar) qanunu ilə tənzimləyir. Birliyə rəhbərliyi Braziliya Ciu Citsunun Azərbaycanda banisi Taleh Həsənov edir. “Braziliya Ciu Citsu Klubu” İctimai Birliyi, 2013-ci ildə “Beynəlxalq Braziliya Ciu Citsu  Federasiyası”-nın üzvülüyünə qəbul olub. “Braziliya Ciu Citsu Klubu” İctimai Birliyi – Braziliya Ciu Citsunun Azərbaycanda yaradıcısının məktəbidir.